Azərbaycanda 72 yaşlı motosikletçi faciəli şəkildə öldü

Hadisə
20:35 / 28.03.2025
4245
Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.
Sfera.az xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.
Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (Report)