Azərbaycanda dəhşət: rəssam qız atasının qəbrində intihar etdi

Hadisə
11:55 / 28.03.2025
1797
Gəncədə 21 yaşlı qız intihar edib.
Sfera.az xəbər verir ki, Oxu.az-ın məlumatına görə, 2004-cü il təvəllüdlü Nüşabə Məmmədova canına qəsd edib.
Onun intiharına səbəb kimi 2021-ci ildə atasının ölümündən psixoloji sarsıntı keçirməsi olub.
Məlumata görə, o, martın 26-da gecə saatlarında atasının qəbrinin yanında “Esens” məhlulu içib.
O, ağır vəziyyətdə Bakı Şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib və orada vəfat edib.
Onun Gəncə Dövlət Universitetinin tələbəsi olduğu bildirilir. Gənc qız həm də rəssam kimi fəaliyyət göstərib.