Yaşayış olan evi belə dağıtdılar - VİDEO

Yaşayış olan evi belə dağıtdılar - VİDEO

Bakıda tikinti şirkətinin yaşayış olan evləri sökməsini əks etdirən görüntülər yayılıb.

 

Sfera.az xəbər verir ki, görüntüləri Əzizə Kərimli sosial şəbəkə səhifəsində yayıb. O bildirib ki, bu gün “Melissa Group” tikinti şirkəti Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında söküntü işləri aparır.

 

Söküntü zamanı daxilində yaşayış olan evlər də ekskavator vasitəsilə dağıdılıb.

 

Fövqəladə Hallart Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu ərazisində vətəndaşın dağıntı altında qalması barədə məlumat daxil olub və dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib. 

 

Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib.

 

Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR