Rusiyada “Səs” yarışmasının azərbaycanlı iştirakçısı saxlanıldı

Rusiyada “Səs” yarışmasının azərbaycanlı iştirakçısı saxlanıldı

Rusiyada “Səs” yarışmasının azərbaycanlı iştirakçısı Emil Kadırov saxlanılıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. 

 

Mənbə bildirib ki, Kadırov “Puşkin kartı” federal proqramı ilə 1,3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir. İddia olunur ki, Kadırov dələduzluq əməlini tanışı, “Eldar” kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurko ilə birgə törədib.

 

Belə ki, sözügedən konsert zalında Kadırovun saxta konserti “təşkil olunub” və Qurko vasitəsilə müğənninin mövcud olmayan konsertlərinə biletlər satılıb. Keçirilməyən konsert üçün büdcədən pul köçürülüb.

 

Rusiya İstintaq Komitəsi tərəfindən külli miqdarda dələduzluqla bağlı cinayət işi açılıb. Dövlət büdcəsinə dəyən ümumi zərərin 1,3 milyon rubl olduğu bildirlib.

 

Qeyd edək ki, Emil Kadırov 2015-ci ildə “Səs” şousunda iştirak etdikdən sonra məşhurlaşıb. O, Aleksandr Qradskinin komandasının tərkibində oxuyub və 1/4 finala yüksəlib.

 

Hazırda sənətçi Aleksadr Gradski Teatrında solist kimi çalışır. 


OXŞAR XƏBƏRLƏR

Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı təbrik etdi

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibət...

Xocalıda DƏHŞƏT - 27 yaşlı kişi fəciəvi şəkildə öldü

Xocalıda kişini elektrik cərəyanı vurub.   Sfera.az xəbər verir ki, 27 yaşlı Ağcabədi rayon sakini Abidov Amin İlqar oğlunu Xocalı rayonu ərazisində ...

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. &nb...

Zəlzələ hündürmərtəbəli binanı ikiyə ayırdı – VİDEO

  Məlum olduğu kimi, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, təbii fəlakət səbəbindən çox say...

Bu ilin ilk Günəş tutulması başa çatdı

Bu ilin ilk Günəş tutulması başlayıb.   Bu barədə Sfera.az-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.   ...

Ağstafada avtomobil ağaca çırpılıb, 3-cü kürs tələbəsi ölüb - FOTO

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb. ...