Logo

Şadlıq evindən 22 min manatlıq oğurluq etdilər – FOTO

Şadlıq evindən 22 min manatlıq oğurluq etdilər – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Siyəzəndə şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.

Məlumata görə onlar şadlıq evinə 22200 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi başlanılıb,araşdırma aparılır.

Şadlıq evindən 22 min manatlıq oğurluq etdilər – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR