Azərbaycanda 7 yaşlı uşaq xəstəxanada ÖLDÜ
Kateqoriya məlum deyil
Gəncədə azyaşlı xəstəzanada vəfat edib.
Sfera.az bildirir ki, hadisə Gəncə Şəhər Birləşmiş xəstəxanasının tabelyində olan Uşaq Xəstəxanasında baş verib.
Belə ki şəhər sakini 2018-ci il təvəllüdlü Ə. Abbasov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq azyaşılının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə 7 yaşlı Ə.Abbasov serebral iflic xəstəliyindən əziyyət çəkirmiş.
Azyaşlının ölümü ilə bağlı araşdırma aparılır. /APA






