"Gmail" və "Outlook" istifadəçiləri ehtiyatlı olmalıdır: “Medusa” yenidən aktivləşib

"Gmail" və "Outlook" istifadəçiləri ehtiyatlı olmalıdır: “Medusa” yenidən aktivləşib

ABŞ Federal Təhqiqat Bürosu (FTB) və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (KİTA) "Gmail", "Outlook" və digər populyar e-poçt xidmətlərindən istifadə edən şəxslərə yeni virus hücumları ilə bağlı xəbərdarlıq edib.


Qurumların mütəxəssisləri bildirib ki, “Medusa” adlı virus proqramı ilk dəfə 2021-ci ilin iyununda aşkar edilib və bu günə qədər 300-dən çox şəxsin məlumatlarını oğurlayıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hakerlər e-poçt vasitəsilə fişinq hücumları həyata keçirir və köhnəlmiş proqram təminatındakı boşluqlardan istifadə edirlər. Onlar qurğulara girişi təmin edən vasitəçilərlə işləyir və bu şəxslərə 100 dollardan 1 milyon dollara qədər ödəniş edirlər.


Siber təhlükəsizlik şirkəti "Symantec"in məlumatına görə, “Medusa” virus proqramını idarə edən "Spearwing" qrupu 2023-cü ildən bəri yüzlərlə insanı hədəf alıb. Qrupun saytında 400 qurbanın adı yer alsa da, real rəqəmin daha çox olduğu ehtimal edilir.


"Spearwing" qurbanlarını ikiqat şantaj metodu ilə hədələyir. Belə ki, onlar əvvəlcə məlumatları oğurlayır, sonra isə sistemləri şifrələyərək pul tələb edirlər. Qurbanlar ödəniş etməsə, oğurlanmış məlumatların internetdə yayılacağı bildirilir.


Mütəxəssislər kibertəhlükəsizlik tədbirlərinə riayət etməyi, şübhəli e-poçtları açmamağı və proqram təminatını mütəmadi olaraq yeniləməyi tövsiyə edirlər.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...