Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi


Azərbaycanda yüksək rütbəli sabiq məmur vəfat etdi

Prezidentin İşlər İdarəsinin avtomobil sektorunun sabiq müdiri İsmayıl Ələkbərov vəfat edib.

 

Sfera.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

 

Bildirilib ki, İ.Ələkbərov 74 yaşında xəstəlikdən dünyasını dəyişib.

 

Xatırladaq ki, İsmayıl Qurban oğlu Ələkbərov 12 noyabr 1951-ci ildə Tovuz rayonunda anadan olub. O, uzun illər Xüsusi Dövlət Mühafizə Xidmətində çalışıb və polkovnik rütbəsinə qədər yüksəlib. 2014-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 2015-ci ildə ehtiyata buraxılıb. Daha sonra Prezidentin İşlər İdarəsində işləməyə başlayıb. Burada avtomobil sektorunun müdiri vəzifəsini icra edib və 2024-cü ilin yanvar ayında işdən çıxıb.


OXŞAR XƏBƏRLƏR

"Boşanmış şəxs bu sahədə çalışa bilməz" - Deputatdan ETİRAZ

Mediatorlar ixtisaslaşdırılmaldır.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Hikmət Babaoğlu “Me...

Bu qurumun səlahiyyətləri genişləndirilə bilər

"Məcburi olaraq ilkin mediasiya sessiyası tələb olunan işlərin siyahısının genişləndirilməsi vacibdir".   Sfera.az xəbər verir ki, bunu Mil...

Bakıda 65 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda kişi su quyusunda boğulub.   Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib.   Qəsəb...

Yeni xidmət növləri yaranır - RƏSMİ

Sosial-mədəni xidmət növü müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial x...

Bayram günlərində texniki müayinə mərkəzləri işləyəcək?

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərində xidmətin təşkili ilə bağlı əhaliyə müraciət edib.   Sfera.az müraciətin mətnini təqdim edir...

Bu şəxslər bütün sosial xidmətlərdən istifadə edəcək - Milli Məclisdən QƏRAR

Çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq daxil edilir. ...