Bakıda bu restoran da bağlandı

Bakıda bu restoran da bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fiziki şəxs Yaşar Vəli oğlu Əliyevə məxsus “Sarı qaya” ictimai iaşə obyektində yoxlama aparıblar.

 

Agentliyin İnformasiya təminatı və innoavtiv həllər şöbəsindən Sfera.az-a verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi tələblərinin pozulması halları aşkarlanıb.

 

İaşə obyektində qida məhsullarının saxlanıldığı soyuducularda mal qonşuluğu prinsipinin pozulduğu, məhsulların saxlanma şəraitinə əməl olunmadığı, isti yeməklərin növbəti günlərdə yenidən isidilərək müştərilərə təqdim olunduğu, emal sahəsində temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub.

 

Həmçinin baytarlıq sənədi olmayan ət, balıq məhsulları, mənşəyi məlum olmayan qatıq məhsulu, istehsal tarixləri olmayan yarımfabrikatlar və hazır yeməklər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

 

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR

Bu tarixdə dünyanın sonu gələcək - XƏBƏRDARLIQ

NASA və Toho Universitetinin (Yaponiya) tədqiqatçıları oksigen çatışmazlığı səbəbindən Yer kürəsində dünyanın sonunun gələcəyini proqnozlaşdırıblar.  &n...

Azərbaycanlı müğəninin ailəsində ağır İTKİ

Müğənni Talıb Talenin ailəsində ağır itki üz verib.   Sfera.az-ın məlumatına görə, ifaçının əmisi vəfat edib. Bu barədə "Qonaqcanlı" v...

Havanın qəfil dəyişməsi insanlara necə təsir edəcək? - Həkimdən AÇIQLAMA

Bakıda havanın temperaturu 30 dərəcəyə çatıb, bir neçə gün əvvələ qədər isə havanın temperaturu sıfır dərəcədən aşağı idi. Bu cür ani dəyişikliklər iqlim dəyişk...

Bayramov Fələstinin səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib...

"Unibank"dan son çərşənbə aksiyası: Komissiyasız kredit!

"Unibank" Torpaq çərşənbəsində də kredit komissiyasını sıfırlayıb. Bank ilaxır çərşənbə münasibəti ilə 0 % komissiyalı kredit aksiyası keçirir. Cəmi 1...

Bir ayda 352 əkiz, 12 üçəm doğulub – STATİSTİKA

İlin ilk ayında Azərbaycanda 8 min 557 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 9,7-dən 9,9-a qədər a...