Logo

Naxçıvanda zəncirvarı qəza - xəsarət alan var - FOTOLAR

Naxçıvanda zəncirvarı qəza - xəsarət alan var - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Naxçıvan şəhərində zəncirvarı qəza olub, bir nəfər xəsarət alıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İşıqforda hərəkətdə olan 67-BJ-719 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil, 68-BC-663 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil və "Toyota" markalı avtomobil toqquşub. Qəza nəticəsində Kəngərli rayon Qıvraq qəsəbə sakini, 2000-ci il təvəllüdlü Məmmədova Mirvari Nəhayət qızı xəsarət alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

  • Naxçıvanda zəncirvarı qəza - xəsarət alan var - FOTOLAR
  • Naxçıvanda zəncirvarı qəza - xəsarət alan var - FOTOLAR
  • Naxçıvanda zəncirvarı qəza - xəsarət alan var - FOTOLAR
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR