Şadlıq sarayında DAVA: Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib

Şadlıq sarayında DAVA: Xanımın toyda şəkil çəkməsi qonağın xoşuna gəlməyib

Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən “Millenium” şadlıq sarayında keçirilən toy məclisində dava düşüb.

 

Sfera.az xəbər verir ki, toy məclisində iştirak edən 35 yaşlı Rəvan qonaqlardan Rasimə kəllə ilə vuraraq ona xəsarət yetirib.

 

Buna səbəb Rəvanın xanımının telefonunun toy zamanı itməsi olub. Rəvan telefonun Rasim tərəfindən oğurlanmasından şübhələnib və buna görə onu vurub.

 

Məlum olub ki, Rasim Rəvanın xanımının telefonunu masanın üzərindən götürüb. Rasimin sözlərinə görə, toyda Rəvanın xanımı telefonla şəkillər və video çəkib. Bu da onun xoşuna gəlməyib. Onun sözlərinə əsasən, telefonu götürməkdə məqsədi həmin şəkilləri silmək olub. Lakin telefonda şifrə olduğu üçün şəkilləri silə bilməyib. Rasim telefonu öz qızına verib ki, sahibinə qaytarsın. Telefon Rəvanın xanımına çatdırılıb, lakin onun hirsi soyumayıb. O, Rasimə yaxınlaşaraq kəllə ilə ona zərbə vurub.

 

Rəvana bu əməlinə görə xuliqanlıq və qəsdən sağlamlığa zərər vurma maddələri ilə ittiham irəli sürülüb. O, əməlindən peşman olduğunu deyib. Rasim də onu bağışlayıb.

Məhkəmə Rəvana xuliqanlıq maddəsi ilə bəraət verib.

 

Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...