Azərbaycanda zavodda PARTLAYIŞ: ağır yaralı var

Hadisə
14:40 / 16.03.2025
10195
Gəncədə 58 yaşlı kişi yanıq xəsarəti alıb.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə Cihazqayırma zavodunda baş verib.
Belə ki, Ə.Xudiyev bədənin bir çox hissənin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal 58 yaşlı kişiyə yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, Ə.Xudiyev zavodun vanna otağında duş qəbul edən zaman su qızdırıcı partlayıb, nəticədə o ağır yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.