Qaradağda əməliyyat: tutulanlar var

Qaradağda əməliyyat: tutulanlar var

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Əşrəf Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin, tiryək, marixuana və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.

 

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...