Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb

Hadisə
11:56 / 15.03.2025
4278
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Sfera.az "Oxu.Az"-a istinadən xəbər verir ki, hadisə Sülh prospekti, 76-cı məhəllə ərazisində qeydə alınıb.
522 nömrəli marşrut avtobusunun sürücüsü Babək Quliyev yolu keçmək istəyən 76 yaşlı Səringül Həsənovanı vurub.
Ağır xəsarət alan Səringül Həsənova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.