Logo

Qaxda 100 hektar ərazi yanıb

Qaxda 100 hektar ərazi yanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qaxda 100 hektar ərazi yanıb.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanğın rayonun Ağyazı kəndi ərazisindəki mürəkkəb relyefli sahələrdə baş verib.

Əraziyə Qax Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Bundan əlavə, kənd sakinləri və rayonun meşə təsərrüfatı işçiləri də yanğının söndürülməsinə kömək ediblər.

Ötən gün axşam saatlarından başlayan yanğın səhər saatlarında tam söndürülüb.

Yanğın zamanı 100 hektar sahədə quru ot və kol-kos yanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR