Bakıda daha bir nəfər spirtdən ÖLDÜ

Hadisə
17:26 / 14.03.2025
2396
Bakıda daha bir nəfər metil spirtindən zəhərlənərək ölüb.
Sfera.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
64 yaşlı F. Həsənov spirtli içkidən zəhərlənib. O, yerləşdiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, mərhum metil spirtindən zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl Bakıda 20-dən çox adamın metil spirtindən zəhərlənərək ölməsi barədə xəbər vermişdik.