Reket jurnalist Asim Əliyevə cəza verildi

Reket jurnalist Asim Əliyevə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Asim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Sfera.az xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə A.Əliyev 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, "Saatlı TV" kanalı və "TikTok"da "13Asim13" adlı profilin istifadəçisi olmuş Asim Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.


O, vəzifəli şəxslər barəsində neqativ məlumatları sosial şəbəkə hesablarında və kanallarında yayacağı hədəsi ilə onlardan müxtəlif məbləğlərdə pul tələb ediblər.


İttihama görə, Asim Əliyev Saatlı rayonu, Varxan kənd bələdiyyəsinin sədri, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şirkətlərdən birinin baş mühasibi, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı rayon idarələrindən birinin rəisi, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavininə özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb edərək alıb. (Pravda.az)

 


OXŞAR XƏBƏRLƏR

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi - FOTO

Martın 13-də Bakıda, "Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzin...

Ukraynada iki Azərbaycan vətəndaşıitkin düşüb - FOTO

Ukraynada iki Azərbaycan vətəndaşı - 1984-cü il təvəllüdlü Əsgərov Rəşad Cahangir oğlu və onun dostu 1974-cü il təvəllüdlü Qaraşov Xəyyam itkin düşüblər. &nb...

Sabah Bakının bəzi ərazilərindəqaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)...

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar GÖNDƏRDİ

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlam...

Güləşçilərimizdən tarixi NƏTİCƏ

Albaniyanın Tirana şəhərində keçirilən 23 yaşadək qadın güləşçilərin Avropa çempionatı başa çatıb.   Sfera.az xəbər verir ki, Azərbaycan pəhləva...

Tanıınmış rəqqasənin səhhəti ağırlaşdı, aparata qoşuldu - FOTOLAR

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan tanınmış rəqqasə Tanyelinin səhhəti ağırlaşıb.   Sfera.az türk mediasına istinadla xəbər ve...