İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Məktəblinin ölümünün TƏFƏRRÜATI

İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Məktəblinin ölümünün TƏFƏRRÜATI

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib.

 

Sfera.az-ın məlumatına görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai rayonu, Babək prospekti, 70 ünvanında baş verib.

 

2012-ci il təvəllüdlü Hüseyn Ələkbərli yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

 

Mərhumun babası Ədalət Tanrıverdiyev bildirib ki, hadisə baş verən gün nəvəsi oruc tutubmuş: "Hüseyn gün ərzində baş gicəllənməsindən şikayət edirdi. Neçə dəfə dedik ki, orucunu aç, amma razı olmadı. Axşam iftarını açdı, amma yemək yemədi, yalnız su içdi".

 

Hüseyn daha sonra eyvana çıxıb, Yel çərşənbəsinə görə həyətdə qalanan tonqala baxıb. Bu zaman eyvandan yıxılıb. Hadisədən isə ilk olaraq onun altı yaşlı bacısı xəbər tutub.

 

Hüseyn Bakı şəhəri, Nizami rayonunda 62 nömrəli məktəb-liseyin VII sinfində təhsil alırdı. O, əlaçı idi.(Teleqraf)


OXŞAR XƏBƏRLƏR

Xəstəxanalardakı uzun növbələrə çarə - VİDEO

Dövlət tibb müəssisələrində saatlar, günlər, hətta bəzən aylarla növbələr olur. Özəl tibb müəssissələrinin isə bəzilərində dəhlizlər bomboşdur.   Sfe...

Ərdoğandan Tuska tarixi hədiyyə - FOTOLAR

Prezident Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib...

Dünyanın ən tüklü üzünə sahib olmaqla Ginnesin Rekordlar Kitabına düşdü

Güzgüyə baxdığınız zaman, demək olar ki, bütün üzünüzün tüklərlə örtüldüyünü təsəvvür edin. Bunu görənlər əvvəlcə təəccüblənir, sonra maraqla sizə suallar verir...

Bir litr pivədən ucuz qiymətə otel icarəyə götürən adam içəridə gördüklərindən şoka düşüb

Nyukasldan olan 27 yaşlı Körtis Mitçel Cons uzun müddət ucuz bir tətil axtarıb. O, bir litr pivədən ucuz qiymətə otel otağı tapınca şoka düşüb.   Sfera...

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.   Sfera.az bildirir ki, &l...

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.   Sfera....