MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

MN-dəki 2 milyonluq iş: vəzifəli şəxsə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidməti rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

 

Məhkəmənin hökmü ilə Elvin Cəfərov 10 il müddətinə azadlıqdan mərhum edilib.

 

Elvin Cəfərov barədə DTX-nin İstintaq Baş İdarəsində toplanmış materiallar məhkəməyə göndərilib.

 

Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. İstintaqın əvvəlində ziyanı ödəməsi şərti ilə onun azadlıqda qalmasına şərait yaradılıb. Amma o, DTX-nin verdiyi fürsətdən lazımınca istifadə etməyib. Bu səbəbdən barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

 

Elvin Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayət işində mühakimə edilən zabitlərin məhkəməsində şahid qismində ifadə vermişdi


OXŞAR XƏBƏRLƏR

Bir litr pivədən ucuz qiymətə otel icarəyə götürən adam içəridə gördüklərindən şoka düşüb

Nyukasldan olan 27 yaşlı Körtis Mitçel Cons uzun müddət ucuz bir tətil axtarıb. O, bir litr pivədən ucuz qiymətə otel otağı tapınca şoka düşüb.   Sfera...

Şakiranın pərəstişkarına hədiyyə etdiyi “Lamborghini” qəzaya uğradı - FOTOLAR

Müğənni Şakiranın pərəstişkarına hədiyyə etdiyi 2022 “Lamborghini Urus” qəzaya uğrayıb və təmirə ehtiyacı var.   Sfera.az bildirir ki, &l...

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonuna səfər edib.   Sfera....

11 yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazandı

Salyan rayon sakini Aylin Babayeva ABŞ-ın Boston şəhərində riyaziyyat fənni üzrə olimpiadaya vəsiqə qazanıb.   Sfera.az xəbər verir ki, Aylin bundan ...

İsanın şəkli ilə "danışan" bloqqer həbs olundu - FOTO

Populyar “TikTok” bloqqeri Ratu Talisa İndoneziyada canlı yayım edərkən qalmaqal yaşanıb. Belə ki, o, İsanın şəkli ilə "danışıb". İsaya sa...

İftarını su ilə açsa da, yeməyini yemədən həlak olub - Məktəblinin ölümünün TƏFƏRRÜATI

Bakıda 13 yaşlı oğlan binadan yıxılaraq dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, hadisə martın 11-də axşam saatlarında paytaxtın Xətai ...