15 yaşlı oğlanı avtomobil vurdu – Yolu keçmək istəyib

Hadisə
17:11 / 11.03.2025
3833
Gəncədə yeniyetmə oğlanı avtomobil vurub.
Sfera.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, Şəmkir rayon sakini, 2010-cu il təvəllüdlü E.Rəhimlini vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaşlı gənc şəhərdəki xəstəxanalardan birinə yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.