Razi Əliyevanı döyən Ziya Hüseynzadəyə 8 il HƏBS CƏZASI VERİLDİ

Razi Əliyevanı döyən Ziya Hüseynzadəyə 8 il HƏBS CƏZASI VERİLDİ

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

 

Sfera.az “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

 

O, müdafiə etdiyi şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
 

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Ziya Hüseynzadə 2 il 6 ay müddətinə müvafiq vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” MMC-lərin təsisçisi olan Ziya Hüseynzadədənin dələduzluq, vəzifə saxtakarlığı kimi əməllər törətməsinə şübhələr müəyyən edilib.
 

İstintaqla Z.Hüseynzadənin 2022-2023-cü illərdə digər şirkət rəhbərləri ilə əlbir olaraq onlara məxsus obyektlərin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair “Avropa Yenidənqurma və İnkişaf Bankı”na etdikləri müraciətlər üzrə külli miqdarda qanunsuz kredit vəsaitləri alınmasına əsaslı şübhələr aşkar edilib.

 

Həmçinin 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miqdarda pul vəsaitini məxaric etməsi müəyyənləşib.


Xatırladaq ki, təqsirləndirilən Ziya Hüseynzadə tanınmış model Raziyyət Əliyevanı döyməkdə təqsirləndirilir. Bununla bağlı açılmış cinayət işi üzrə də hazırda məhkəmə araşdırması davam edir.


OXŞAR XƏBƏRLƏR

Ramazanın 11-ci gününün duası - İmsak iftar vaxtı

Sabah Ramazan ayının on birinci günüdür.   Sfera.az xəbər verir ki, imsak vaxtı saat 05:33-ə, iftar vaxtı isə 18:57-yə təyin olunub.   11-...

Hacıyev Britaniyanın dövlət naziri və təhlükəsizlik müşaviri ilə görüşüb - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa,...

Möylə Mirzəliyevin vəziyyəti kritikdir

Süni tənəffüs dəstəyi ilə təmin olunan Möylə Mirzəliyevin vəziyyəti kritik ağır olaraq dəyərləndirilir.   Sfera.az xəbər verir ki, bu barədə APA-ya T...

İlham Əliyevlə xüsusilə bu məsələni müzakirə etdik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.   Sfera.az xəbər verir ki, Ərdoğan mü...

Şahzadə 22 yaşında nadir xəstəlikdən vəfat edib - FOTOLAR

Lüksemburq Böyük Hersoqunun qardaşı oğlu Şahzadə Frederik de Nassau Paris xəstəxanasında dünyasını dəyişib.    Sfera.az bildirir ki, Şahzadə nad...

Sabah bu ərazidə qaz olmayacaq

Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə kö...