Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürüldü - YENİLƏNİB

Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın söndürüldü - YENİLƏNİB

 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Sfera.az bildirir ki, yanğın nəticəsində ümumi sahəsi 540kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.

 

Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

*******

 

13:15

Sumqayıtda tikilidə yanğın başlayıb.



Sfera.az xəbər verir ki, hadisə Reabilitasiya Mərkəzində olub.



Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.



Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.



Qeyd edək ki, sözügedən mərkəz narkotik aludəçilərinin müalicəsi üçün nəzərdə tutulub. (Report)




OXŞAR XƏBƏRLƏR

Afətdən bu həmkarına AĞIR SÖZLƏR: “Anan qəbirdə itlə yatsın”

Müğənni Afət Fərmanqızı yenə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, bu dəfə də onun hədəfi həmkarı Vəfa Şərifova olub. M...

Əfv sərəncamı nə vaxt imzalanacaq?

"Əfv komissiyasının iclasları aprel ayında da davam edəcək".   Sfera.az bildirir ki,  bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Prez...

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini ela...

Bu tibbi Mərkəzin vəzifəli şəxslərinə cinayət işi açıldı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.   Sfera.az bildirir ki,  Tr...

NASA "Qanlı Ay"ın görüntüsünü paylaşdı - FOTO

2025-ci ilin ilk tam Ay tutulması baş verib. Dünyada nadir müşahidə olunan bu təbiət hadisəsi zamanı Ay qırmızı rəngə bürünüb.    Sfera.az &ldqu...

Bu dərman böyrək çatışmazlığı yaradır - Həkim rəyi

Bədən üçün faydalı bir mineral olan maqnezium çatışmazlığı sümük sağlamlığı, əzələ funksiyaları və ürək sağlamlığına mənfi təsir göstərə bilər. Lakin hər bir vi...