Bakıda xəstə daşıyan ambulans qəzaya düşdü- Yaralılar var+VİDEO

Bakıda xəstə daşıyan ambulans qəzaya düşdü- Yaralılar var+VİDEO

Bu gün paytaxtın Nizami rayonu ərazisində təcili tibbi yardım maşını aşıb.

 

TƏBİB-dən Sfera.az-a bildirilib ki, hadisə rayonun Rüstəm Rüstəmov küçəsində baş verib.

 

Yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3-cü bölməsinin ambulansı minik avtomobili ilə toqquşub.

 

“Minik avtomobilində olan 2 nəfər yüngül xəsarət alıb və hospitalizasiyadan imtina ediblər. Yüngül xəsarət alan ambulansın sürücüsünə yerində yardım olunub.

 

Həkim və tibb bacısı qapalı kəllə-beyin travması şübhəsi ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar, ilkin müayinələrdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə buraxılıblar.

 

Qəza zamanı təxliyə olunan, qəzadan öncə də vəziyyəti kritik ağır qiymətləndirilən 65 yaşlı xəstə (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Müxtəlif yanaşı xəstəlikləri olan şəxs tibb mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir”, - məlumatda deyilir.

 


OXŞAR XƏBƏRLƏR

"Uşaqlar oruc tuta bilər, zehin güclənir"- İlahiyyatçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, martın  1-dən etibarən Ramazan ayı başlayıb. Azərbaycanda da inanclı insanlar 3 gündür oruc tuturlar. Müşahidələr göstərir ki, ölk...

Bakıda yeniyetməni öldürən həmyaşıdı məhkəmə qarşısında

Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.   Sfera.a...

"Green card" ləğv olunur, əvəzində bu kart satılacaq - Trampdan AÇIQLAMA

ABŞ vətəndaşlığına yol olacaq “qızıl kart” satışa buraxılacaq.   Bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə çıxışı...

Məşhur cütlük ayrılır - "Fərqində olmadan zərər verirəm"

Narkotik istifadə etdiyi iddiasıyla saxlanılan və sonra sərbəst buraxılan sosial media fenomeni Dilan və Engin Polat cütlüyü ayrılmaq qərarına gəlib.  ...

Messi ABŞ klubuna milyonlarla ziyan vurdu

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano sıx oyun qrafiki səbəbindən Lionel Messini MLS çərçivəsində keçirilən "Hyuston Dinamo" ilə s...

Fevralda azad olunan ərazilərdə 428 mina zərərsizləşdirilib

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat a...