İnternet modeminin alışması evi külə döndərdi

Hadisə
15:40 / 02.03.2025
9651
Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Eyvazov Elşad Aydın oğluna məxsus ümumi sahəsi 64 kv.m olan birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.
Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.