Logo

Siyəzəndə 17 yaşlı yeniyetmə BIÇAQLANDI

Siyəzəndə 17 yaşlı yeniyetmə BIÇAQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Siyəzəndə bıçaqlanma hadisəsi baş verib.

Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, bu gün axşam saat 20 radələrində Siyəzən rayonunda 1999-cu il təvəllüdlü K.İsmiyev 2007-ci il təvəllüdlü T.Quliyevə aralarında yaranmış mübahisə zamanı kəsici alətlə xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR