Bakıda dəhşət: Botoks etdirən qız botulizmə yoluxdu


Bakıda dəhşət: Botoks etdirən qız botulizmə yoluxdu

Bakıda bəzi estetik həkim və kosmetoloqların həyata keçirdikləri əməliyyat və prosedurlar nəticəsində pasiyentlərin sağlamlığında ciddi problemlər yaranması halları hələ də davam edir.

 

Sfera.az Medicina.az-a istinadən xəbər verir ki, ixtisasca həkim olmayan daha bir kosmetoloqun qurbanı olan qız hətta koma vəziyyətinə düşüb.

 

Şikayətçi Ləman Məhərrəmova bacısının botoks prosedurundan sonra vəziyyətinin pisləşdiyini və reanimasiyaya yerləşdirildiyini bildirib.

 

"Bacım N. sosial şəbəkədə aktiv olan, profilində BDU-nu bitirdiyini qeyd edən Fidan Sadıqova adlı kosmetoloqa inanaraq, onun yanına gedib. Alnına əzələni dondurub qırışları açan botoks proseduru etdirib.

 

Elə həmin gün bacımın halı dəyişdi. Üç gün sonra lap pisləşdi, biz ona müəyyən müalicələr edirdik. Bir həftə sonra gördük ki, özünü idarə edə bilmir, ürəyi çırpınır, qusur, gözləri bulanırdı. Göz qapağının biri aşağı endi. Tez kosmetoloqa yazdıq, heç özü cavab vermədi, köməkçisi dedi ki, buzlu kompres qoyun, keçəcək. Yenidən əlaqə saxladıq, tələb etdik ki, nə baş verdiyini desin, bizə dedilər, guya xaricdədir. Ya da əlamətlərdən heç bilmədi ki, nə baş verir. Tez həkimə apardıq, məlum oldu ki, bacımda botulizmdir. Saxta, keyfiyyətsiz preparatdan yüksək dozada vurub. Botulizm insanı öldürən diaqnozdur. İki sutka geciksəydik, iflic olacaqdı".

 

Şikayətçi bacısının üç gün reanimasiyada qaldığını bildirib:

 

"Botulizm əleyhinə zərdab vuruldu. Xəstəxana rəyində də botoksdan botulizm olduğu diaqnozu var".

 

Şikayətçi bildirir ki, kosmetoloq əvvəl başqa mərkəzdə işləyirmiş, orada da pasiyentlərdən birinin başına belə oyun gətirdiyi üçün işdən çıxarılıb:

 

"İş yerini, şəxsi telefon nömrəsini gizlədir, onu tapmaq olmur. Bir dəfə xəstə ilə maraqlanmadı. Bacım hələ də müalicədədir. Bu qədər özbaşınalıq ola bilməz. Biz qanun çərçivəsində maddi-mənəvi zərərə görə təzminat tələb edəcəyik".

 

Qeyd edək ki, botoks proseduru zamanı əzələlər botulotoksin adlı zəhərli toksinlə dondurulur, iflic olur. Əgər o, yüksək dozada olarsa, toksin qana keçib, ağırlaşma verə, xəstə iflic ola bilər.

 

Kosmetoloq Fidan Sadıqova ilə əlaqə saxlamaq mümkün olmadı. Profilində BDU-nun biologiya fakültəsi, Atatürk Universitetində Dermatologiya ixtisasını bitirdiyini qeyd edən kosmetoloq, həqiqətən də, əlaqə üçün nömrə qeyd etməyib. Müraciət edənləri köməkçisi şəxsi mesaj qutusunda qeydə alır.

 

Fotoda kosmetoloq:

 

 

 


OXŞAR XƏBƏRLƏR

Polislər niyə qapı-qapı sorğu aparır? - DİN-dənAÇIQLAMA

Son vaxtlar polis əməkdaşları qapı-qapı gəzərək mənzildə yaşayan şəxsləri sorğu-sual edir.   Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbək...

Polis məşhur aktyor və həyat yoldaşının ölümünün təfərrüatlarını açıqladı

Xəbər verdiyimiz kimi, “Oskar” mükafatlı aktyor Cin Hekman və həyat yoldaşı, çərşənbə günü, fevralın 27-də evlərində ölü tapılıb. Polis araşdırmalar...

Fazil Qasımova 10 il həbs cəzası istənilib

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhk...

Tramp Ağ Evdə Zelenski ilə görüşdü - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.   Sfera.az xarici KİV-lərə istinadən xəbər verir...

Aeroport yolunda sürət həddi endirildi

Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur. Xüsusilə də nəqliyyatın intensiv olduğu yolla...

FHN-dən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə deyilir:   "...