Goranboyda avtomobil aşdı - FOTO

Hadisə
11:30 / 27.02.2025
3104
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Goran-Naftalan avtomobil yolunda, Goranboy rayonunun Boluslu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Tərtər rayon sakini Fərid Adışovun idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. (APA)