“BMW”dən külli miqdarda pul oğurlandı

Hadisə
14:55 / 26.02.2025
4303
Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.
Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən oğurluq olub.
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən 3800 manat, 14 485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov saxlanılıb.
Onun “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurladığı da məlum olub.