Logo

Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərləndi

Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərləndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Sfera.az-a verilən məlumata görə, fevralın 24-də saat 20:50 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR