Liftdə qalan 5 nəfər xilas edildi
Kateqoriya məlum deyil
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.






