Logo

Hacıqabulda evdə partlayış olub - Xəsarət alan var

Hacıqabulda evdə partlayış olub - Xəsarət alan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1980-ci il təvəllüdlü İlqar Arif oğlu Bədəlov evdə iş görərkən partlayış olub.

Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR