Bərdədə yas mərasimində 12 nəfər zəhərləndi

Hadisə
10:41 / 23.02.2025
10969
Bərdədə yas mərasimində kütləvi zəhərlənmə halı olub. Hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb.
Sfera.az-a xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ürəkbulanma və halsızlıq şikayətləri ilə Bərdə mərkəzi xəstəxanasına müraciət edib.
Əldə edilən məlumata görə, zəhərlənən şəxslər kənddə keçirilmiş yas mərasimində iştirak edənlər olub.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq qalanları evə buraxılıblar.