Bakıda oğlunu və həyat yoldaşını liftdə bıçaqlayan şəxs tutuldu - YENİLƏNDİ

Dünən gecə Bakı şəhərində kişi öz həyat yoldaşını və dörd yaşlı oğlunu bıçaqlayıb.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, kişi dörd yaşlı oğlu İlham Əfəndiyev və həyat yoldaşı Aysel Əfəndiyevaya liftdə çoxsaylı bıçaq zərbələri endirib.
Xəsarət alan ana və oğlu təcili xəstəxanaya yerləşdirilib.
***
Bakıda oğlunu və həyat yoldaşını liftdə bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, fevralın 21-də saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 38 yaşlı qadına və azyaşlı oğluna kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Qeyd edilib ki, əməli törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü R.Əfəndiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.