Nurlan Libre haqda həbs qərarı verildi

Hadisə
16:52 / 21.02.2025
14985
“Meydan TV” işi ilə bağlı davam edən istintaqla ötən gün saxlanılan jurnalist Nurlan Qəhrəmanlı (Libre) həbs edilib.
Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim prokurorun təqdimatını və müstəntiqin vəsatətini əsaslı hesab edib.
Qərara əsasən, Nurlan Libre barəsində 1 ay 17 günlük həbs qətimkan tədbiri seçilib.