Qəzada ölənlərin çoxu kişilərdir - STATİSTİKA

Qəzada ölənlərin çoxu kişilərdir - STATİSTİKA

2024-cü ildə 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

 

Bildirilib ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb. Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə toran vaxtı baş verib, 29,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

 

Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1116 nəfər olub.

 

Bütün yol-nəqliyyat hadisələrinin 37,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 41,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 21 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib. 

 

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


OXŞAR XƏBƏRLƏR

Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? - RƏSMİ AÇIQLAMA

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşah...

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanda Ukraynaya gedəcəyinə dair yayılan iddialar təkzib olunub.   Sfera.az xəbər verir ki, bu barəd...

Qatarların hərəkətində gecikmələr ola bilər - SƏBƏB

Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-dən etibarən Abşeron dairəvi dəmir yolu xətti və rayonlararası istiqamətlər üzrə qata...

Mirzoyan da ABŞ-yə səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-yə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat...

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması müzakirə edilib.   Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolla...

Bakıda Xəzər dənizi ilə bağlı iclas keçiriləcək

Bakıda Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun ilk toplantısı keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Baş nazirin müavini Şah...