Logo

Bakıda aptekdən külli miqdarda kosmetik əşya OĞURLANDI

Bakıda aptekdən külli miqdarda kosmetik əşya OĞURLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda aptekdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Sfera.az verilən xəbərə görə, Yasamal rayonu ərazisində yerləşən aptekdən 5382 manat dəyərində kosmetik əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı C.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR