Logo

Dəhşətli qəzada ölən qadın bu nazirliyin işçisi imiş - FOTO

Dəhşətli qəzada ölən qadın bu nazirliyin işçisi imiş - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, fevralın 16-na keçən gecə Ucar rayonunda dumanlı havada 14 avtomobil toqquşub.

Sfera.az xəbər verir ki, Bakı-Qazax magistralındakı qəzada ölənlərdən biri nazirlik əməkdaşı imiş. Belə ki, faciəvi şəkildə həyatını itirən şəxslərdən 1989-cu il təvəllüdlü Günel Allahverdiyeva Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin əməkdaşı imiş.

Qeyd edək ki, hadisə fevralın 16-da gecə saat 03:00 radələrində Bakı-Qazax yolunun 237-ci km-də baş verib. 14 maşının toqquşduğu hadisədə 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib. / Teleqraf

Məqaləyə dair fotomateriallar:

  • Dəhşətli qəzada ölən qadın bu nazirliyin işçisi imiş - FOTO
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR