Pirşağıda həyətdən sursat tapıldı

Hadisə
12:22 / 14.02.2025
2375
Bakının Sabunçu rayonun Pirşağı qəsəbəsində həyətdən sursatlar tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində Pirşağı qəsəbə sakini yaşadığı evin həyətində tapdığı 9 ədəd yararsız mərmini, 2 ədəd siqnal minasını, 1 ədəd rabitə qurğusunu, 7 ədəd patron darağını və 907 ədəd müxtəlif çaplı patronu könüllü olaraq polisə təhvil verib.