Cəmil Xudiyev: "Hoteldə yanğınla bağlı xəsarət alanlar təxliyə olunub"

Cəmil Xudiyev: "Hoteldə yanğınla bağlı xəsarət alanlar təxliyə olunub"

Bakıda hotellərdən birində yanğınla bağlı təlim zamanı şərti xəsarət alan şəxslər hadisə yerindən təxliyə olunub.

 

Sfera.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, FHN müvafiq əsasnamələrinə və rəhbər sənədlərə uyğun olaraq ölkə ərazisində maarifləndirmə tədbirlərini həyata keçirir:

 

"Bu təlim mehmanxanaların yanğın təhlükəsizliyi mövzusuna həsr olunub. Təlimdə nazirliyin canlı qüvvəsi, o cümlədən texnikaları cəlb olunmaqla ümumi yanğın təhlükəsinə dair tələblər və yanğınsöndürmə əməliyyat şəraiti qiymətləndirilib. Təlimin keçirilməsində məqsəd hotelin işçi heyətinin, personalın yanğın zamanı davranış, həmçinin binanın yanğın təhlükəsi qaydalarının tələblərinə uyğun saxlanılması kimi əhəmiyyət daşıyan vərdişləri onlara aşılamaqdan ibarət olub".

 

C.Xudiyev bildirib ki, təlimdə baş verən yanğın hadisəsi zamanı şərti xəsarət almış şəxslərin hadisə yerindən təxliyə olunması, o cümlədən personal tərəfindən binada qeydiyyatdan keçmiş qonaqların toplama məntəqələrinə yönəldilməklə, onların təxliyəsinin düzgün təşkil olunması kimi məsələlərə xüsusi yer verilib.


OXŞAR XƏBƏRLƏR

Ermənistan hərbçiləri qəzaya düşüb, ölənlər var

Ermənistan ordusunun hərbçisi Marqara-Vanadzor magistral yolunda "Nissan” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində həlak...

Məşhur türkiyəli müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin canlı korifeyi Selami Şahin təcili olaraq xəstəxanaya yerləşdirilib. O, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda yıxılıb.   Sfera.az...

Evə telefon çəkdirmək 30 manata başa gələcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) Kollegiyası telekommunikasiya sahəsində bir sıra tariflərin tənzimlənməsi haqqında qərar qəbul edib.  ...

Bu ixtisası bitirənlər iş tapa bilmir - Plan yerləri azaldılsın!

Bir çox abituriyent sadəcə keçid balı aşağı olduğu üçün Regionşünaslıq ixtisasını seçirlər. Lakin əksəriyyəti bu sahəni bitirdikdən sonra harada və hansı peşə ü...

Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

İyul ayı üzrə 694 müraciətçinin 587-si barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 107 nəfərin müraciəti isə mənfi qərarla yekunl...

Belçika Azərbaycana yeni konsul təyin etdi

Belçikanın Azərbaycan səfirliyinin nümayəndəlik rəhbərinin yeni müavini və konsul vəzifəsində fəaliyyət göstərəcək diplomatın kimliyi məlum olub.   S...