Avtomobil qaz borusuna çırpıldı - xəsarət alan var - FOTO

Avtomobil qaz borusuna çırpıldı - xəsarət alan var - FOTO
Kateqoriya məlum deyil
T

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 67-BL-197 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq yol kənarında olan qaz borusuna, rabitə dirəyinə, ardınca tikiliyə çırpılıb.

 

Qəza zamanı bir nəfər xəsarət alıb. İlkin məlumata görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. /APA

 

Məqaləyə dair fotomateriallar:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR