Zavod işçisi yıxılıb öldü
Kateqoriya məlum deyil
Azərbaycanda şüşə məmulatları istehsalçısı olan "İnterglass” zavodundan bədbəxt hadisə baş verib. Sfera.az-ın məlumatına görə, Bakı-Ələt yolunda yerləşən zavodun işçisi, 58 yaşlı Vahib Yarov hündürlükdən yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.






