Logo

Təlim maşını qəza törədib - Ölən var

Təlim maşını qəza törədib - Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Sfera.az  xəbər verir ki, hadisə dünən saat 14 radələrində Zərdab-Ağcabədi yolunun 15-ci kilometrliyində qeydə alınıb.

Belə ki, Esmira Binnətəliyeva idarə etdiyi “Hunday Aksent” markalı təlim avtomobili ilə hərəkət edərkən “Mercedes” markalı avtomobildən düşən Rafiq Məmmədovu vurub. Kişi aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR