Bakıda dələduzluq edən şəxslər saxlanıldı
Hadisə
17:46 / 29.01.2025
29584
Nizami rayonu ərazisində bir nəfərin avtomobil kirayəsi adı ilə aldadılaraq 620 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı E.Cavadov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Binəqədi rayonu ərazisində bir nəfərə məxsus bank kartından 380 manat oğurlamaqda şübhəli bilinən 24 yaşlı L.Babayevanın saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.
Araşdırmalar aparılır.