Yaşayış binasındakı yanğında xəsarət alanların SON DURUMU
Hadisə
00:40 / 29.01.2025
11352
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.01.2025-ci il tarixində saat 18:03-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub".
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumata görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Ümumilikdə 4 nəfərin tibbi xidmətə müraciəti qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxs (cinsi kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
Digər 3 nəfərə isə yerində tibbi yardım göstərilib. (Oxu.az)