Logo

"Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI

"Azneft" dairəsində avtomobil YANDI: SIXLIQ YARANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı şəhərində Səbail rayonu, Neftçilər prospekti, "Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.(Oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR