Logo

Biləsuvarda mikroavtobusda bıçaqlanma- Saxlanılan var

Biləsuvarda mikroavtobusda bıçaqlanma- Saxlanılan var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Biləsuvarda qohumlar arasında bıçaqlanma hadisəsi olub.

Sfera.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndi ərazisində baş verib.

Belə ki, kənddə sərnişindaşıma ilə məşğul olan mikroaftobusda, Çinarlı kənd sakini 2006-cı il təvəllüdlü Vadər Həmidli bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin bibisi oğlu, 2001-ci təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, Vadər Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-cü ildə bacısının həyat yoldaşı, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi (Orxan Abdullayevin atası-red.) güllələyərək qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR