Logo

Azərbaycanda avtomobil kanala aşdı - xəsarət alanlar var

Azərbaycanda avtomobil kanala aşdı - xəsarət alanlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Mercedes" markalı avtomobil kanala aşıb, 2 nəfər xəsarət alıb.

Sfera.az xəbər verir ki, hadisə Biləsuvar rayonun giriş hissəsində, yolayrıcında baş verib.

Bakı şəhər sakini İslam Vidadi oğlu Hüseynov "Mercedes-190" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişinlər Nigar İxtiyar qızı Hüseynova və Məmmədhəsən Əhmədağa oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR