Sumqayıtda ağır qəza- 2 ölü, 3 yaralı


Sumqayıtda ağır qəza- 2 ölü, 3 yaralı

Sumqayıtda 2 nəfərin ölümü, 3 nəfərin isə xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtın Sülh küçəsində qeydə alınıb.

 

Belə ki, "Hyundai" markalı avtomobillə "KİA" markalı avtomobil toqquşub.

 

Nəticədə 2 nəfər hadisə yerində ölüb.

 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR