Logo

Goranboyda avtomobil aşdı, 5 nəfər xəsarət aldı

Goranboyda avtomobil aşdı, 5 nəfər xəsarət aldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Goranboy rayonu, Balakürd kəndində avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var.

Sfera.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Balakürd kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1984-cü il təvəllüdlü Muradov Bəhruz, 1964-cü il təvəllüdlü Bədəlova İradə, 1964-cü il təvəllüdlü Muradova Məleykə, 2009-cu il təvəllüdlü İbrahimli Fatimə və 1982-ci il təvəllüdlü İbrahimov Şaiq müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlardan ikisinin vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti isə kafidir.

Faktla bağlı araşdırma aparılır. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR