Gəncədə sükan arxasında infarkt keçirən sürücü öldü - FOTO
Kateqoriya məlum deyil
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, 1971-ci il təvəllüdlü H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.(APA)
















